Ana səhifə | Əlaqə         AZ | EN | RU         19:13 20/05/2012


Faydalı Linklər







XƏBƏRLƏR

Fevralın 26-da Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib.
26 Fevral 2012

       AzərTAc-ın məlumatına görə, paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış Xocalı abidəsinə yürüşə 60 mindən çox insan qatılıb. Yürüşün keçdiyi prospekt və küçələr boyu əllərində qanlı qırğının qurbanlarının portretləri, dəhşətli səhnələri əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarını cəzalandırmaq çağırışları, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar yazılmış transparantlar, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, ”Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!” yazılmış plakatlar tutan gənclər düzülüb

Daha ətraflı »


Ümumdünya Veteranlar Təşkilatının və Amerikanın Xaricdə Döyüşən Veteranlar təşkilatlarının ofislərində görüş
07 Fevral 2012

2012-ci il yanvar ayının 19-27 tarixlərində Moskva vilayətinin qubernatoru “Boyevoye Bratstvo” (Döyüş Qardaşlığı) Beynəlxalq İttifaqının sədri Boris Vsevolodoviç Qromovun təşəbbüsü ilə, Veterans of the World (Ümumdünya Veteranlar Təşkilatının) və Amerikanın Department Of veterans affairs (Xaricdə Döyüşən Veteranlar) təşkilatlarının dəvəti ilə çoxtərəfli əlaqələrin inkişafı üçün Paris və Vaşinqton şəhərlərinə MDB ölkələrinin veteran təşkilatlarının rəhbərlərinin səfəri təşkil olunmuşdur.

Daha ətraflı »


Azərbayca Əfqanıstan Veteranları İctimai Birliyinə ağır itki üz verib
06 Yanvar 2012

Azərbayca Əfqanıstan Veteranları İctimai Birliyinin Beyləqan rayon filialının sədri Hüseynov İlqar Məhyəddin oğlu 26 dekabr 2011 - ci il tarixində 47 yaşında qəflətən vəfat edib. Allah rəhmət eləsin və bütün yaxınlarına səbr versin.

İdarə Heyəti

Daha ətraflı »


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
29 Dekabr 2011

ƏZİZ VETERANLAR!
     Azərbaycan Əfqanıstan Veteranları ictimai birliyi bütün veteranları və soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və Qələbə arzulayır.
       Qoy qarşıdan gələn yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin gerçəkləşdiyi il olsun.
       Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə veteranlarımızı və onların ailə üzvlərinə yeni ildə can sağlığı, həyat dolu xoşbəxtlik arzulayırıq.
                                  Bayramlarınız mübarək!

Daha ətraflı »


MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi-döyüşçülərin işi üzrə Komitənin sədri Ruslan Auşevin təltif olunması.
21 Dekabr 2011

       Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi-döyüşçülərin işi üzrə Komitənin sədri, Sovet İttifaqı Qəhramanı Ruslan Sultanoviç Auşev Qazaxstan Respublikasının prezidenti Nursultan Nazarbayevin 188 saylı Fərmanı ilə “DOSTLUQ” ordeni ilə təltif olunmuşdur. Bu yüksək dövlət mükafatına  Beynəlxalq veteran hərəkatının inkişafında və veteran təşkilatlarının möhkəmləndirilməsində böyük xidmətlərinə görə layiq görülmüşdür.
     Azərbaycan Əfqanıstan Veteranları İctimai Birli Ruslan Sultanoviç Auşevi bu yüksək mukafata layiq görülməsi münasibəti ilə təbrik edirik!

Daha ətraflı »


QURBAN BAYRAMI
03 Noyabr 2011

   Xalqımızı  Muqəddəs "QURBAN" Bayramı munasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.
 
  İdarə Heyəti
 

Daha ətraflı »


Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı başlayıb.
06 Iyul 2011

     Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı başlayıb. 
Qurultayda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumata görə, qurultaya 1272 nümayəndə seçilib. Ali tədbirdə dünyanın 42 ölkəsindən nümayəndə və qonaqlar iştirak edirlər. Qurultaya Azərbaycanın bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mətbuat, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan olan nümayəndələr qatılıblar.
      Qurultayda Azərbaycan Əfaqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəmməd Vəliyev, Birliyin NTKsədri Mirşamil Hadiyev və Birliyin sədrinin birinci müavini Əbülfət Hüseynov iştirak etmişlər. 

Daha ətraflı »


Azərbaycan Respublikasının Bolqarıstandakı sıfirliyində görüş
26 May 2011

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında kı səfiri Emil Kərimov Azərbaycandan gələn nümayəndə heyətini qəbul etmişdir.

          19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 3 üzvü, “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri
 

Daha ətraflı »


19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri Bolqarıstan respublikasında
25 May 2011

19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri Bolqarıstan respublikasının Sofiya şəhərində iki mötəbər tədbirdə - “Boyevaya drujba” Bolqariya Ümumxalq İttifaqının I –ci Qurultayında və “Boyevoye Bratstvo ” Beynəlxalq İttifaqının Ali şurasının iclasında iştirak etmişdir.
 
      19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 3 üzvü, “Boyevoye Bratstvo” Beynəlxalq İttifaqının Ali şurasının üzvləri, Birliyin İdarə Heyyətinin sədri Məhəmməd Vəliyev, 

Daha ətraflı »


MDB Hökumət Başçıları Şurası Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi Üzrə Komitənin Əlaqələndirmə şurasının iclası
19 Aprel 2011

     19 aprel 2011 cil il. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və sədrin müavini Əbülfət Hüseynov MDB Hökumət Başçıları Şurası Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi Üzrə Komitənin Əlaqələndirmə şurasının iclasında 19-21 aprel iştirak etmək üçün Başqırdıstanın paytaxtı Ufa şəhərinə yola düşüblər.
     Bu iclasda 2009-2010-cı illərində görülən işlərin yekunları haqqında məruzə, MDB və Baltik yanı ölkələrdəki veteran təşkilatlarının fəaliyyətlərinin inkişafı, səhiyyə xidmətinin yaxşılaşdırılması, sanator-kurort müalicələrinin təşkili, veteranların və onların ailə üzvlərinin həyat şəraətinin yaxşılaşdırılması haqqında söhbət açılacaq.
    Ayrıca Komitənin beynəlxalq əlaqələri, uzaq ölkələrdəki veteran təşkilatları ilə təcrübələrin mübadiləsi, itkin düşmüş hərbiçilərin axtarılması və konkret əməkdaşlıq haqqında məsələlərə baxılacaq.
      Ufa şəhərində olduğu müddət  Başqırdıstanın rəhbərliyi ilə görüş nəzərdə tutulub.

Daha ətraflı »


<<  Əvvəlki  1 2 3  Növbəti  >>

AXTARIŞ


FOTO QALEREYA



SORĞU

Saytı necə qiymətləndirirsiniz?
Əla
Orta
Pis


HAVA PROQNOZU



ARXİV

© Copyright 2009 Azafveteran.com